DGK sədri Səfər Mehdiyev Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

Hit: 254
DGK sədri Səfər Mehdiyev Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb
İyunun 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Qonaqları səmimi salamlayan Səfər Mehdiyev Azərbaycan gömrük xidməti haqqında qısa məlumat verib və son illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar hesabına gömrük orqanlarında şəffaflığın təmin olunduğunu, yeni texnologiyalar və innovativ layihələr hesabına gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirildiyini diqqətə çatdırıb.
 
O da qeyd olunub ki, Şimal-Cənub, Şərq- Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkəmiz beynəlxaq ticarətin və tranzitin asan və sürətli həyata keçirilməsində mühüm rol oynayır, bu istiqamətdə reallaşdırılan irihəcmli layihələr sərnişinlərin, mal və nəqliyyat vasitələrinin qısa vaxt ərazində az məsrəflə daşınmasına şərait yaradır.
 
Dövlət Gömrük Komitəsinin dünyanın əksər ölkələrinin gömrük orqanları ilə səmərəli işgüzar münasibətlər qurduğunu bildirən Komitə sədri iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb, ticarət dövriyyəsinin daha da artırılması istiqamətində mövcud potensialdan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb və qarşılıqlı əlaqələrin gücləndiriləcəyinə əminliyini ifadə edib.
 
Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella səmimi görüşə görə təşəkkürünü bildirib və Azərbaycan gömrüyündə həyata keçirilən yeniliklərin, əldə olunan nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayıb. O da qeyd olunub ki, gömrük sahəsində əlaqələrin daha da gücləndirilməsi, qarşılıqlı əlaqələrin inkişafına, ticarət dövriyyəsinin artmasına da şərait yaradacaq.
 
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.








Redaktorun seçimi