İsti havada iş dayandırılmalıdırmı? - VİDEO

Hit: 186
İsti havada iş dayandırılmalıdırmı? - VİDEO

Son günlər ölkə ərazisində kəskin istilər müşahidə olunur. Bu istilərin qarşıdakı günlərdə daha da artacağı deyilir. Ölkəmizdə isə açıq havada, gün altında işləyən xeyli sayda işçi var. Bəs bu işçilərə bu isti havada güzəşt olunurmu?

Faktor.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Azərbaycanda əmək qanunvericiliyinə görə, kölgədə temperatur müsbət 41 dərəcəyə çatarsa, iş dayanmalıdır.

Aynur Osmanqızı - ƏMX-nin Mətbuat Katibi: "Əmək məcəlləsinin 233-cü maddəsinə əsasən həm açıq havada, yəni üstü açıq məkanlarda, həm də sərinləşdirici qurğular olmayan qapalı məkanlarda bütün növ işlər dayandırılmalıdır. İşçilərə fasilə verilməlidir".

Şahin Məmmədov - İş İcraçısı: "Hər bir işi yerinə yetirməkdən öncə risklər dəyərləndirilir. Bu risklərin azaldılması tədbirləri müəyyən edilir. İsti hava şəraitində iş də böyük bir riskdir və bunun üçün nə etmək lazımdır? Məsələ hündürlükdə fərdi mühafizə vasitələrindən mütləq istifadə edilməlidir. Ola bilər işçi huşunu itirsin, mütləq onun kəməri və digər mühafizə vasitələri olmalıdır

Müşahidələrimiz onu göstərdi ki, əksər yerlərdə yüksək temperaturda açıq havada işləyənlərə güzəşt edilmir.

İsta havada işin dayandırılması və fasilələrin verilməsi işəgötürənlə həmkarlar ittifaqının birgə qərarı əsasında həyata keçirilir.

Şahin Məmmədov - İş İcraçısı: "Heç bir pul qazanmaq istəyi və heç bir biznes işçinin həyatı üçün təhlükə yaratmamalıdır. Əgər hər hansı bir təhlükə varsa, bu təhlükəni azaltmaq yollarını müəyyənləşdirmək lazımdır. Yox bunu aradan qaldırmaq mümkün deyilsə, o zaman bu işi görməmək daha məntiqlidir".


Havanın temperaturu müsbət 41 dərəcədən çox olduğu halda açıq havada işləməyə məcbur edilən şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər. Hər bir şikayət araşdırıldıqdan sonra qanunauyğun şəkildə tədbir görülür.









Redaktorun seçimi