Şirməmməd Hüseynov dəfn olunub - YENİLƏNİB

102 dəfə oxunub
Şirməmməd Hüseynov dəfn olunub - YENİLƏNİB

Görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynov dəfn olunub.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

*****

Bakı Dövlət Universitetində görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovla keçirilən vida mərasimi başa çatıb. 

Mərhum II Fəxri xiyabanda dəfn olunacaq. 

*****

"Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyini görsün. Təbii ki, arzusuna çatdı".

APA-nın məlumatına görə, bunu Bakı Dövlət Universitetin (BDU) rektoru Elçin Babayev görkəmli alim və mətbuat tədqiqatçıs Şirməmməd Hüseynovla keçirilən vida mərasimində deyib.

O bildirib ki, Şirməmməd Hüseynov yüzlərlə jurnalistin ustadı olub: "O, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından idi. Azərbaycan dövləti Şirməmməd müəllimin zəhmətini hər zaman qiymətləndirib. Şirməmməd müəllim özündən sonra heç bir zaman unudulmayan tarixi iz qoydu. Allah rəhmət eləsin!".

***

Vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Fuad Ələsgərov, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Vergilər naziri Mikayıl Cabbarov, MSK sədri Məzahir Pənahov, AMEA prezidenti Akif Əlizadə, Ombudsman Elmira Süleymanova, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.   

***

İyunun 24-də dünyasını dəyişən görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovla vida mərasimi keçirilir.

Faktor.az xəbər verir ki, Bakı Dövlət Universitetində baş tutan vida mərasimində BDU, Mətbuat Şurasının rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak edirlər.

Ş. Hüseynov iyunun 24-də axşam saatlarında evində vəfat edib.  



Redaktorun seçimi