“Uşaq əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirləri görülməlidir” - RƏSMİ

50 dəfə oxunub
“Uşaq əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirləri görülməlidir” - RƏSMİ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi iyunun 22-də “Meqafun” əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3-ü uşaq olmaqla 8 nəfərin yaralanması ilə bağlı valideynlərə müraciət edib.
 
Faktor.az xəbərinə verir ki, müraciətdə Komitənin baş verənlərdən təəssüfləndiyi bildirilir. Qeyd olunur ki, hazırda hadisə aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür: “Həmçinin Komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu və ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib. Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik. Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük".



Redaktorun seçimi