Nazirlik müəllimlərin işə qəbul imtahanlarının vaxtını açıqladı - FOTOLAR

Hit: 483
Nazirlik müəllimlərin işə qəbul imtahanlarının vaxtını açıqladı - FOTOLAR

Təhsil Naziliyində ümumi təhsil müəssisələrinə müəlimlərin işə qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, mətbuat konfransını Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov keçirib. O qeyd edib ki, bu gündən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.

Onun sözlərinə görə, bu saatadək artıq 500 nəfər qeydiyyatdan keçib. E.Bağırov bildirb ki, işə qəbul imtahanı 8-24 iyul tarixi arasında test imtahanı olacaq. İmtahan Azərbaycan Texniki Universutetinin idman zalında keçiriləcək. Hər bir namizədə 90 dəqiqə vaxt ayrılacaq.

E.Bağırovun sözlərinə görə, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər. Nazirliyin şöbə müdiri qeyd edib ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 təhsil strategiyaları və metodika (kurikulum), 10 məntiq olmaqla 60 sual təqdim ediləcək: “Bundan sonra vakant seçimi olacaq. Belə ki, bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində isə test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq: “Vakant yeri tutmaq hühüqu olanlar dördüncü mərhələdən keçib müəllim adı qazanacaq. Komissiya tərəfindən müsahbə ümumi dünyagörüşü və psixoloji hazırlığı və ixtisas bilyi qiymətləndiriləcək”.

1
1
1
1








Redaktorun seçimi