“Bəs, anamın günahı nə idi?” - Qan davasının qurbanının oğlu

Hit: 231
“Bəs, anamın günahı nə idi?” - Qan davasının qurbanının oğlu

Bir neçə gün əvvəl Ağstafada baş verən qan davasında həlak olan 4 nəfərdən biri Zeynəb Cəlilovanın oğlu Azad Cəlilov sosial şəbəkədə anası ilə bağlı təəssüratını bölüşüb.

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, A. Cəlilov 7 nəfəri güllələyən Elnur Süleymanovun hansısa xəstəliklə bağlı kağız aldığını iddia edib:

"Adını namus davası qoydular, başlıq yazdılar: "Ağstafada cinayət, kalaşnikov ilə atasının qisasını aldı!" Bəs mənim anamın günahı nə idi? Sadəcə, yanlış zamanda yanlış yerdə olmaq? Kor bir güllənin qurbanı oldu mənim anam! Abbasqulu bəy demiş "bəs bunu kimin namusuna yazaq?" Gedim qisas alım, bəlkə mən də onun anasını öldürüm, anam geri gələcək? Namus davası adı altında binamusluq elədilər! 24 yaşlı bir binamus həyatımızı məhv etdi, artıq xəstəlik kağızını da alıb, yaxın bir neçə ilə çıxacaq həbsdən".









Redaktorun seçimi