Uşaq əməyinin istismarının qarşısının alınmasıyla bağlı tədbir keçirilib

26 dəfə oxunub
Uşaq əməyinin istismarının qarşısının alınmasıyla bağlı  tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Yasamal rayonunda yerləşən orta məktəbdə yuxarı sinif şagirdləri üçün “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirib. 

Tədbirdə məktəbin müəllim və yuxarı sinif şagirdlərinin, rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin nümayəndəsi iştirak edib. Qeyd edilib ki, Azərbaycan qanunvericiliyində uşaq əməyi ilə bağlı mütərəqqi beynəlxalq normalardan irəli gələn humanist yanaşmalar əksini tapır. Milli qanunvericilik uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini, uşaq əməyinin istismarını qadağan edir. 

15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək münasibətlərinin qurulmasının hüquqi əsasları, ölkəmizin Əmək Məcəlləsində bununla bağlı əksini tapan prinsiplər barədə məlumatlar verilib. Həmçinin bu yaş qrupunda olan işçilərin əməyindən istifadənin xüsusiyyətlərindən, onlar üçün qanunvericilikdə nəzərdə tutulan təminatlardan bəhs olunub.

Uşaq əməyinin istismarı hallarının qarşısının alınması istiqamətində Dövlət Əmək Müfəttişliyi Xidmətinin aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində həyata keçirdiyi tədbirlər, onların müsbət nəticələri də qeyd olunub.



Redaktorun seçimi