Rusiya vətəndaşı Bakıda ağır qəza törədib

Hit: 285
Rusiya vətəndaşı Bakıda ağır qəza törədib

Bakıda Rusiya vətəndaşı ölümlə nəticələnən qəza törədib.

Faktor.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axsam saat 22 radələrində Bilgəh-Nardaran şosesində qeydə alınıb.

Rusiya vətəndaşı Spiridonov Anton Vladimeroviçin idarə etdiyi H-186 AM dövlət nişanlı “Audi A6” markalı avtomobil piyada, 1961-ci il təvəllüdlü Radiyə Əhmədovanı vurub. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadın orada ölüb.









Redaktorun seçimi