"Məni 70 yaşlı kişiyə ərə vermək istədilər" - Evdən qaçan Nuranə

Hit: 626
"Məni 70 yaşlı kişiyə ərə vermək istədilər" - Evdən qaçan Nuranə

İtkin düşən Şabran rayonunun Xırdaoymaq kənd sakini Dadaşova Nuranə Ədalət qızı tapılıb.

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, 21 yaşlı qız evdən bilərəkdən getdiyini deyib.

ATV-də yayımlanan "Bizimləsən" verilişinin qonağı olan Nuranə bildirib ki, evdən qaçmasaydı, məcburi şəkildə ərə veriləcəkdi.

"Məni var-dövlətinə görə 70 yaşlı kişiyə məcburi ərə vermək istədilər", deyə Nuranə bildirib.

Qeyd edək ki, Dadaşova Nuranə 3 ay əvvəl nişanlı olub. Lakin nişanlısı evli olduğu üzə çıxdığı üçün ayrılıblar.









Redaktorun seçimi