Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi dəvət edir - "Gənclər arasında Vətənpərvərliyin təbliği" - FOTOLAR

228 dəfə oxunub
Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi dəvət edir - "Gənclər arasında Vətənpərvərliyin təbliği" - FOTOLAR

Dəyərli dostlar!

Sizi Azərbaycan Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi "Gənclər arasında Vətənpərvərliyin təbliği" mövzusunda təşkil edilən birinci tədbirə dəvət edirik.

"Gənclər arasında Vətənpərvərliyin təbliği" layihəsini irəli sürməkdə məqsədimiz gənclər arasında Vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanmasına diqqət etməkdir. Gənclər arasında Vətənpərvərlik hissinin yüksəldilməsi mövzusu daim gündəmdə olmalıdır. Torpaqlarımızın 20%-nin işğalda olduğu bir vaxtda milli şüur tərbiyəsinin aktual problem olduğununu dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirməyi düşünürük. İctimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi gənclərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir. Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə ifadə olunur. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı daha böyük əhəmiyyət daşıyır: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".

Tədbir 19 iyun 2019-cu il tarixində saat 11:00-da keçiriləcək. Bütün vətənpərvər dostlar, gənclər dəvətlidirlər.

Ünvan: "Azərbaycan hərb tarixi muzeyi" Qızıl şərq hərbi şəhərcik 13 küç. Hörmətlə: layihə rəhbəri, Arabaçı Əlillər Şəbəkəsi İB sədri,

İlham Məhərrəmov

1
1
1



Redaktorun seçimi