AzTV-də qalmaqal: verilişinin yayımı dayandırılıb

Hit: 1408
AzTV-də qalmaqal: verilişinin yayımı dayandırılıb
AzTV-də yayımlanan "Palitra ART" verilişinin yayımı dayandırılıb.
 
Proqramın aparıcısı Afət İlhamqızı Axşam.az-a açıqlamasında bildirib ki, ona qarşı haqsızlıq edilib. İlhamqızı verilişinin yayımının dayandırılması ilə bağlı ona heç bir səbəb deyilmədiyini söyləyib.

"Bir aydır ki, verilişim dayandırılıb. Səbəbini demirlər, belə məsləhət görülüb. Mənim üçün də bu məsələ qaranlıqdır. Hələ bilinmir tamam dayanıb, yoxsa, yeni mövsümdə davam edəcək. Amma kanaldakı fəaliyyətim davam edir", deyə o, bildirib.

A.İlhamqızı yeni yaradılan kreativ şöbədən də şikayət edib: 
 
"Bu şöbəyə qeyri-peşəkar bir insan rəhbərlik edir. Təbii ki, proqramımın bağlanmasına səbəb onlar oldu. Professionallıq göstərmədilər. Orada oturan qeyri-peşəkar insanlar bizim kimi peşəkarlara meydan oxuyur. 8 ildir AzTV-də çalışıram. 50-yə yaxın müxtəlif mövzularda sənədli film çəkmişəm. Kreativ şöbənin müdiri Nazilə Babayevanın isə incəsənətdən anlayışı belə yoxdur. O insandan nə gözləmək olar?".

Əldə etdiyimiz məlumata görə, Kreativ şöbənin üzvləri aparıcılardan yeni proqramlar çəkməyi və verilişləri ilk onlara göstərməyi tələb edib.
Qeyd edək ki, aparıcı Nəsib Nurun da AzTV-də yayımlanan "Anşlaq" proqramı dayandırılıb. Onun lentə aldığı altıya yaxın veriliş efirə verilməyib. Həmin proqramlarda isə Əməkdar artistlər Mətanət İsgəndərli, Ədalət Şükürov, Yaqub Zurufçu kimi ifaçılar yer alıblar.









Redaktorun seçimi