Bunu edənlər 3000 manat cərimələnəcək - QANUN DƏYİŞDİ

55 dəfə oxunub
Bunu edənlər 3000 manat cərimələnəcək - QANUN DƏYİŞDİ

Parlament İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirəyə çıxarıb.

Faktor.az xəbər verir ki, dəyişikliklər əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəməyən bankların cərimələnməsi ilə bağlıdır.

Bu barədə deputatlara komitə sədri Əli Hüseynli məlumat verib.

Məcəllənin 471-ci (Maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsi) maddəsi yeni redaksiyada verilib: “Banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilməməsinə görə - vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 3 000 manat məbləğində cərimə edilir.

Dəyişikliklər qəbul olunub.



Redaktorun seçimi