Azərbaycanda baş elmi işçi adı dosent adına bərabər tutulacaq

46 dəfə oxunub
Azərbaycanda baş elmi işçi adı dosent adına bərabər tutulacaq

Azərbaycanda baş elmi işçi adı dosent elmi adına bərabər tutulacaq.

Faktor.az xəbər verir ki,, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”-də bildirilib.

Sənəddə qeyd edilib ki, elmi adları mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatətləri əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir.

Fərmanın 1.7-ci bəndində isə qeyd edilib ki, əvvəllər verilmiş baş elmi işçi elmi adı dosent elmi adına bərabər tutulur. (APA)



Redaktorun seçimi