15 iyun Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış bir tarixdir

493 dəfə oxunub
15 iyun Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış bir tarixdir

Faktor.az 15 iyun Qurtuluş Günü münasibətilə YAP Xetai rayon GB-nin sədr müavini Sadiq Mirzeyevin yazdığı məqaləni təqdim edir:

15 iyun Azərbaycan xalqının yaddaşına qızıl həriflərlə yazılan tarixi gündür. Bu gün 1997-ci ildən bayrama çevrilib. 1998-ci ildən isə bu günə rəsmi bayram statusu verildi. 

Azərbaycan xalqı olduqca böyük çətinliklə 1991-ci ildə müstəqillik qazansa da, müstəqil dövlət kimi fəaliyyət göstərə bilmirdi. Bir tərəfdən xarici qüvvələr, digər tərəfdən isə daxildə baş verən çəkişmələr müstəqilliyə zərbə idi. Dövləti idarə edən səriştəsiz və savadsız rəhbərlər öz qarınlarını hər şeydən üstün tuturdular. Digər tərəfdən isə ermənilərin "Böyük Ermənistan" iddiası Azərbaycan dövlətini dağılmaq təhlükəsinə aparırdı.
Dövlətin bu çətin vəziyətində xalqımız dövlət və dövlətçiliyə sadiq olan, istər Azərbaycana rəhbərlik etdiyi dövrdə, istərsə də Moskovada işlədiyi dövrdə həmişə Azərbaycan xalqının taleyini düşünən Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbləri ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri işləyən Heydər Əliyev xalqın səsinə səs verərək, Bakıya qayıtdı. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Həmin gündən də xalqımızın başından qara buludlar çəkilməyə başladı. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 

1993-cü ilin iyun ayına kimi ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrə, qardaş qırğını salmaq istəyən qüvvələrə, ayrı-ayrı bölgələrdə separatçı və parçalanma meylləri kimi problemlərə son qoyuldu.

Ölkənin qərbində 1993-cü il iyun ayında Gəncədə polkovnik Sürət Hüseynovun nəzarəti altında hərbi hissənin hakimiyyətə itaətsizliyi ilə ölkəni xaosa sürükləməsi, cənubda 1993-cü ildə qondarma Talış-Muğan Respublikası" yaratmaq xülyası ilə yaşayan Əlikram Hümbətov kimiləri susduraraq Azərbaycan dövlətinin müstəqilliyini əbədiləşdirməyi Heydər Əliyev reallaşdırdı. 

Məhz buna görə də 15 iyun xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Xalqımız hər il böyük təntənə ilə bu bayramı qeyd edir.

Biz - gənclərin də hər zaman bir məqsəd və amalımız olmalıdır ki, Azərbaycanın müstəqilliyi əbədi olmalı, Azərbaycanın bayrağı həmişə yüksəklərdə dalğalanmalı və dünya bayraqları ilə bir sırada parıldamalıdır.



Redaktorun seçimi