"Lider"dən maraqlı YENİLİK: Fərqli verilişlər gəlir

Hit: 1694
"Lider"dən maraqlı YENİLİK: Fərqli verilişlər gəlir
"Lider" televiziyası efir proqramında əsaslı dəyişiklik edib. Faktor.az xəbər verir ki, yay fəslinin gəlməsi ilə əlaqədar, adətən mövsimi olaraq bağlanan verilişlər davam etdiriləcək, hətta yeniləri açılacaq.
 
"Lider"dən verilən məlumata görə, kanal xüsusilə gün boyu efirlərində analitik, içtimai-siyasi, maarifləndirici yeni layihələrə geniş yer ayıracaq:
 
"Teleməıkanda format baxımından tək və fərqli olan "Geosiyasət", siyasi gündəmin analizinə həsr olunmuş "Mövqe", "Sədadan sonra", dünya xəbərlərini operativ və geniş təqdim edən "Səda dünya", iqtisadi islahatların müzakirəsi və iqtisadi yeniliklərlə zəngin olan "Ekonomiks", operativ idman xəbərlərinin cəmləşdiyi "Səda İdman", gənclərin maarifləndirilməsi, onların düzgün fortmalaşdırılması, vətənpərvərlik ruhunun aşılanması missiyasını qarşısına məqsəd qoyan "Vətənim Azərbaycan", "Gələcəyə doğru" və s. verilişlər tamaşaçıların ixtiyarına veriləcək.
 
"Lider"in bu qərarını günümüzdə əksər televiziyaların bayağı, toyxana, qalmaqal tipində verilişlərin vüsət almasına bir etiraz kimi qəbul etmək olar. Mənəvi dəyərlərimizin qorunub-saxlanılmasının, gənclərin düzgün tərbiyə edilməsinin, Azərbaycan ailə modelinin təblığ olunmasının önəmini nəzərə alaraq, "Lider" televiziyası axının ardınca getmir, öz tamaşaçı kütləsini formalaşdırmağa davam edir".

 









Redaktorun seçimi