ƏƏSMN-nin komandası “Breyn-rinq” intellektual bilik yarışında birinci oldu

Hit: 334
ƏƏSMN-nin komandası “Breyn-rinq” intellektual bilik yarışında birinci oldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə dövlət qurumlarının komandaları arasında keçirilən “Breyn-rinq” intellektual bilik yarışı başa çatıb.  ETSN əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən bilik yarışında 17 qurumdan komandalar iştirak ediblər.

Yarışda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası birinci yerə çıxaraq yarışın qalibi olub.

Komandanın üzvləri Elşad Əliyev (ƏƏSMN-nin sektor müdiri),  Ozal Möhtəbərli (ƏƏSMN-nin sektor müdiri), Ruslan Mirzəliyev  (ƏƏSMN tabeliyində DOST Agentliyinin şöbə müdiri), Fərid Mirzəliyev (ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məsləhətçisi) və Pərvinə Yusifova (Nizami rayon Məşğulluq Mərkəzinin sektor müdiri) sualları düzgün cavablandırmaqla 1-ci yerə sahibləniblər.

İntellektual bilik yarışının qalib komandasına diplom və kubok təqdim edilib.









Redaktorun seçimi