Babam AXC zamanı xəfiyyə olub, sonra rəis... - General

Hit: 186
Babam AXC zamanı xəfiyyə olub, sonra rəis... - General

Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısın­da biz həm Ulu Öndərə və bu gün də onun oğlu, sevimli, möhtərəm Prezidentimizə minnətdar olmalıyıq.

Faktor.az axar.az-a istinadən xəbər verir ki,  bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi gene­ral-polkovnik Mədət Quliyev deyib.

Onun sözlərinə görə, 4 iyun 1993-cü ildə Gəncədə baş verən hadisələrin şahidi olub:

"Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriy­yətinin polisində xəfiyyə işlə­mişdir. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfin­dən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində işləmişdir. Gəncənin, Xanla­rın, Samurun, Qasım İsmayılın rəisi olmuşdur. 1930-cu ilin noyabrın 28-də Gən­cədə saxlanılıb, Bakıya, bura gətirilir. Ola bilsin, onu mən indi bura­da durduğum və yaxud kimsənin durduğu yerdə qətlə yetiriblər, dünyasını dəyişib. Amma mən bu barədə yox, bugünkü reallıq­dan danış­maq istəyirəm. Biz bura gələndə bəzilərimiz fikirləşə bilərdik ki, bu 30-cu illər­də, 40-cı illərdə oldu və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabır­çılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil. Heydər Əliyev bir neçə il ərzində Naxçıvan­da yaşadı. Paytaxtı biz Hey­dər Əliyevsiz gördük, 1988-1993-cü illərdə Azər­baycanda o fəlakəti, o böhranı, hərc-mərcliyi, biabır­çılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq is­təyən əlinə tapanca alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi".

M.Quliyev bildirib ki, belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı: "Faktiki olaraq 4 iyun 1993-cü ildə Gəncədə, mən də bunun şahidi oldum, qiyam başladı və belə bir anda xalqımız, qədirbilən xalqımız meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb etdi, xahiş elədi. Artıq mən bu vəzifədən görürəm ki, on­lar, o siyasi dəstələr digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunurdu və onların qabağında da məqsədlər qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olmalı idi. Azərbaycan 4-5 yerə bölünməli idi və Azərbaycan tarixdən, xəritədən silinməli idi".

 









Redaktorun seçimi