Əli Əhmədov: "Güman edirəm ki, gələcəkdə məcburi köçkün yataqxanalarında yanğınlar baş verməyəcək"

Hit: 315
Əli Əhmədov: "Güman edirəm ki, gələcəkdə məcburi köçkün yataqxanalarında yanğınlar baş verməyəcək"

"İmkan daxilində məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün də işlər görülür. Güman edirəm ki, gələcəkdə bizi narahat edən yanğın hadisələri baş verməyəcək".

ONA-nın xəbərinə görə, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Ə. Əhmədov xatırladıb ki, bir neçə dəfə məcburi köçkünlərin yaşadığı ictimai binalarda yanğın olub: "Bizim keçirdiyimiz baxışlar nəticəsində qənaət ondan ibarətdir ki, onlar hələ ki, həmin binalarda məskunlaşmağa məcburdurlar. Təbii ki, onlar hökumətimizin həyata keçirdiyi siyasət nəticəsində tikilən yeni qəsəbələrə köçürülürlər. Amma bu, xeyli vaxt aparır. Təbiidir ki, onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir. Bununla bağlı yaradılmış komissiya böyük sayda yoxlamalar aparır, təhlükəli vəziyyət olan yerlər haqqında artıq bizdə səhih məlumatlar var".

O qeyd edib ki, Azərbaycan hökuməti yaranmış vəziyyətin həm təhlili və aradan qaldırılması üçün lazımi addımlar atacaq.









Redaktorun seçimi