Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransında rekord göstərici - FOTOLAR

Hit: 457
Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransında rekord göstərici - FOTOLAR
Bir neçə gün öncə 5-ci Beynəlxalq Bariatrik Metabolik Cərrahi Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Modern Hospital, Azərbaycan Gənclər Fondu, Azərbaycan Bariatrik Metabolik Cərrahiyyə Dərnəyinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində baş tutub.
Faktor.az-a açıqlama verən Modern Hospitalın baş həkimi, Bariatrik Cərrah Tariyel Ömərov konkresdə rekord iştirakçı sayı qeydə alındığını bildirib:
“ Konkqres 1278 nəfər həkim ordusu ilə baş tutub.
Demək ki, bu 5 ildə apardığımız işlər kolleqalarımızın marağına səbəb olub. Tədbirdə bizim üçün çox dəyərli olan və hər zaman yanızmda olan Türkiyə Bariatrik Cərrahlar Cəmiyyətinin sədri Professor Mustafa Taşkın və ATU I cərrahi Xəstəliklər Kafedrasının Müdiri Professro Nuru Bayramovun sədrliyi ilə başalayaraq 7 akademik panellə Piylənmə müalicəsinə yönəlmişdir.
Artıq 5-ci dəfə təşkil olunan konfransda 9 xarici ölkədən 32 beynəlxalq dərəcəli professor və mütəxəssis həkimlər iştirak edib. Ümumilikdə 7 Akademik paneldə 73 spiker Bariatrik, Dietoloji, Endokrinoloji, Psixoloji, Kardioloji, Uşaq piylənməsi, Hepatoloji sahələrdə piylənmənin təsiri mövzusunda öz bilik və təcrübələri ilə bağlı təqdimatlarını paylaşıblar. Ölkəmizdə ümumi səhiyyə sferasında tanınmış, tibbin müxtəlif sahələri üzrə mütəxəssis olan 41 yerli çıxışçı (professor və həkimlər) da konfransın gedişatı boyunca gənc səhiyyə işçiləri və bu sahəyə marağı olan 1000-dən çox iştirakçı ilə əhəmiyyətli, maarifləndirici bilgiləri bölüşüblər.
Bu dəfəki konqres də Beynəlxalq İFSO ( International Federation for the Surgery of Obesity and Metabolic Disorders) tərəfindən rəsmi təsdiq olunaraq həyata keçirilib. Bu konfransın təşkil olunmasında həmçinin Azərbaycan Tibb Universiteti, ATU, “Dan” ictimai birliyi və TOSS(Turkish Obesity Society of Surgery) da elmi tərəfdaş olaraq çıxış edib.
Tədbirin gündəliyində Azərbaycana ilk dəfə olaraq bu sahədə yerli tibbi mütəxəssislərin hazırlanması məqsədilə istifadə olunan ən müasir proqram və treninq protokolları əsasında müasir simulyatorlardan və heyvan orqanları modellərindən istifadə edilməklə Bariatrik cərrahi vərdişlər kursu təşkil olunaraq bu sahəyə marağı olanlara sertifikatlar verilib.
Bu ilki konqresin önəmli məqamlarından biri də konqresin materialları və təqdim edilən tezislərin beynəlxalq səviyyədə tanınan LESS (Laparoscopic Endoscopic Surgical Science ) jurnalında dərc edilələcəyi oldu.
Konqres və kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən davamlı tibb təhsili tədbiri kimi akkreditasiya olunub ( 16 CME balı). Bu tədbir və kurs İFSO tərəfindən rəsmi olaraq tanınır və təsdiqlənir. (ötən illlərdə olduğu kimihttps://ifso.com/ifso-endorsed-meetings/)”.
Kongresin bağlanış hissəsi konsert və çıxış edənlərin mükafatlandırlma mərasimi ilə sona çatıb.
 
 
1
1
1
1
1
1








Redaktorun seçimi