Yeyib-içdilər, sonra dalaşdılar: - Bakıda kafedə qətl

294 dəfə oxunub
Yeyib-içdilər, sonra dalaşdılar: - Bakıda kafedə qətl

Bakıda kafedə qətl hadisəsi törədilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonundakı 9 saylı yataqxananın qarşısındakı kafedə baş verib.

Həmin kafenin icarədarı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Sadıqov Zahid Yaqub oğlunun üzərində xəsarətlər olan meyiti kafedə aşkar edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Hüseynov Əmrah Xəyal oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məlumata görə, Ə.Hüseynov hadisədən əvvəl kafedə Z.Sadıqovla yemək yeyib. Sərxoş vəziyyətdə olan tanışlar arasında mübahisə yaranıb və nəticədə Ə.Hüseynov kafenin icarədarını qətlə yetirib.



Redaktorun seçimi