Ailədəki azyaşlı uşaqlara görə fitrə pulu vermək lazımdırmı?

Hit: 793
Ailədəki azyaşlı uşaqlara görə fitrə pulu vermək lazımdırmı?

Fitrə zəkatı İslamda vacib olan dini ödəniş növüdür. Özü fəqir olmayan hər kəs Fitr bayramı axşamı şəriətdə nəzərdə tutulmuş miqdarda fitrə pulu ayırıb təyinatı üzrə fəqirlərə çatdırmalıdır. Fitrə zəkatı ailənin hər bir üzvü üçün verilir. Burada ailə üzvünün uşaq ya böyük, qadın ya kişi olması fərq etməz. Azyaşlı, hətta südəmər körpə üçün də fitrə ödənməlidir. Hətta bayram axşamı, şam azanından qabaq dünyaya gəlmiş uşağın da fitrəsi çıxarılmalıdır. Amma hələ dünyaya gəlməmiş uşaq üçün fitrə verməyə ehtiyac yoxdur.

 








Redaktorun seçimi