“Abituriyent Məsləhət Mərkəzləri”nin əhatə dairəsi genişləndirilir

Hit: 232
“Abituriyent Məsləhət Mərkəzləri”nin əhatə dairəsi genişləndirilir
Növbəti “Abituriyent Məsləhət Mərkəzi” mayın 31-dən Azərbaycan Kooperasiya Universitetində yaradılacaq.
 
Faktor.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən verdiyi xəbərə görə, bundan əlavə, yay qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron ərizə qəbulu müddətində (30 may – 10 iyun) cədvəldə verilmiş tarixlərdə Rayon Təhsil Şöbələrində Mərkəzin əməkdaşları və RTŞ-nin əlaqələndiriciləri tərəfindən elektron ərizələrin doldurulması ilə əlaqədar abituriyentlərə kömək göstəriləcək.
 
“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzlərinə” müraciət edə bilərlər.
 
DİM-in regional bölmələrində, müxtəlif ali təhsil müəssisələrində  ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla “Abituriyent Məsləhət Mərkəzləri” fəaliyyət göstərir.
 
“Məlum olduğu kimi 30 may – 10 iyun tarixlərində yay qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron ərizə qəbulu aparılacaq. Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək aşağıdakı ünvanlarda fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər”, - deyə məlumatda qeyd olunub.








Redaktorun seçimi