Dövlət Agentliyinin sədri Hindistan səfiri ilə görüşüb

Hit: 198
Dövlət Agentliyinin sədri Hindistan səfiri ilə görüşüb

23 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.

 Görüşdə qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.       

Bildirilib ki, bu günədək 29 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Həmçinin görüşdə Hindistan ilə Dövlət Agentliyi arasında müxtəlif mövzular üzrə həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs olunub.

Səfir ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıb.









Redaktorun seçimi