Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib

Hit: 177
Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün təşkil olunan növbəti xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri tədris planına və proqramına uyğun olaraq, Daxili İşlər Nazirliyinin atış poliqonunda birinci təlim atış çalışmalarını yerinə yetiriblər.

Akademiyanın hazırlıq təlimlərinin 37 dinləyicisi və Akademiya heyətinin üzvləri təlimdə iştirak ediblər.

Öncə dinləyicilər təhlükəsizlik qaydaları, atışın şərtləri və digər təlimatlarla tanış ediliblər.

Dinləyicilər 9MM Makarov tipli tapançadan atış qaydalarını məşq ediblər və praktiki atış çalışmalarını yerinə yetiriblər.









Redaktorun seçimi