"Təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı" mövzusunda seminar keçirilir

Hit: 269
"Təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı" mövzusunda seminar keçirilir
Mayın 21-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində "Təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı" mövzusunda seminar başlayıb.
 
 
Seminardan əvvəl ÜGT-nin ekspertləri Rika Tokai və David Kozik Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Cavad Qasımovla görüşüblər. Görüşdə Komitənin fəaliyyəti barədə məlumat verilib, Dövlət Gömrük Komitəsində məcburi qərarlar sisteminin yaradılması, təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafı mövzularında fikir mübadiləsi aparılıb.
 
Daha sonra seminar başlayıb. Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov son dövrlərdə gömrük sistemində innovativ islahatların həyata keçirildiyini, bu yeniliklərin gömrük işinin səmərəli təşkilinə, gömrük rəsmiləşdirilməsi və nəzarəti proseslərinin sürətləndirilməsinə şərait yaratdığını diqqətə çatdırıb. Bildirilib ki, təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafi ilə bağlı keçirilən seminarda əldə edilən bilik və bacarıqlar, praktik vərdişlər gömrükçülərin gündəlik iş fəaliyyətinə də töhfə verəcək.
 
Daha sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri Azərbaycan gömrüyündə təsnifat və mənşə sahəsində görülən işlərlə bağlı təqdimatla çıxış ediblər.
 
Seminar çərçivəsində Dövlət Gömrük Komitəsinin təsnifat, mənşə və qiymətləndirmə məsələləri üzrə mütəxəssislərinə tarif təsnifatı, mənşə və qiymətləndirmə üzrə gömrük infrastrukturu haqqında ÜGT-nın təlimatları, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sistemi haqqında ÜGT-nin texniki təlimatları, tariflərin təsnifatı, qiymətləndirmə və mənşə işi və əlaqədar infrastrukturda ÜGT-nin diaqnostik mühitə giriş, təsnifat və mənşə sahələrində cari vəziyyət və Dövlət Gömrük Komitəsinin fəaliyyətinə nəzər salmaq və qiymətləndirmək üçün diaqnostik mühitin praktiki tətbiqi və digər məsələlərlə bağlı təqdimatlar keçirilərək fikir mübadiləsi aparılacaq.
 
Seminar mayın 24-dək davam edəcək.
 
Seminarın yekununda iştirakçıların əldə etdikləri biliklər qiymətləndiriləcək.








Redaktorun seçimi