Bu bürclər üçün gün ağır keçəcək - DİQQƏT - Günün ulduz falı

Hit: 2924
Bu bürclər üçün gün ağır keçəcək - DİQQƏT - Günün ulduz falı

Faktor.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısında aktivliyinizin yüksək səviyyədə olmasına çalışın. Əks təqdirdə başladığınız işi başa vura bilməyəcəksiniz. Enerjili olun, geri çəkilməyin. İradəli olsanız, bir çox problemləri həll edə bilərsiniz.

Günün ikinci yarısında yaxşı gəlir və maraqlı işgüzar təklif istisna deyil. Şəxsi münasibətlərdə təşəbbüskar olun.

Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edə bilərsiniz.

Axşam saatlarında yaxşı istirahət edin.

Buğa - günün ilk yarısında sayıq və huşyar olun. İşlə yanaşı, evdə də problemlərin yaranmasına rəvac verə biləcək zamandır. Ciddi səhvə yol verməyin. Bədxahlardan birinin yaxşı düşünüb hazırladığı manipulyasiya və ya intriqasına aldanmayın. Sakit, təmkinli olun.

Günün ikinci yarısında situasiyanın gərginlik səviyyəsi aşağı düşəcək.

Yaxınlarınızla ünsiyyət, dostlarla görüş və romantik təmaslar üçün münasib zamandır. Şəxsi münasibətlərə gəldikdə isə hissləriniz sizi aldatmayacaq.

Səhhətinizin qeydinə qalın.

Əkizlər - işdə yaranan bəzi çətinliklərə rəğmən irliləyişə nail olacaqsınız. Başladığınız işi tamamlayın. Yarımçıqlıqdan uzaq durun. Maraqlı işgüzar təkliflər ala bilərsiniz.

Günün ikinci yarısında cari, rutin fəaliyyətinizə bir neçə insan qatılacaq.

Alış-veriş etmək, maliyyə və əmlak məsələlərini həll etmək, müstəqil kommersiya fəaliyyətinə başlamaq olar.

İşgüzar duyumunuz pis deyil.

Axşam saatlarına yaxın yaxınlarınızla fikir ayrılığı yarana bilər. Ciddi mübahisə və ya münaqişəyə zəmin yaratmayın.

Xərçəng - haqlı olduğunuza, dürüst mövqeyə şübhə etməsəniz belə, yaxın ətrafınızdakı insanları dinləməkdən vaz keçməyin. Bu minvalla işdə problemlər və münaqişələrin qarşısını ala bilərsiniz. İşgüzar əlaqələrdə və şəxsi münasibətlərdə təşəbbüs üçün əlverişli zamandır. Yeni ideyalarınız cəsarətli, novatordur.

Günün ikinci yarısında yaxınlarınızda münasibətlərinizi nizamlayın. Onlar sizi dinləməkdən daha çox öz işləri ilə məşğul olsalar da, aqressiv olmayın.

Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər. Özünüzü qoruyun.

Şir - hadisələrin axarı rəvan olsa da, ən kiçik problemlərin ciddiliyini süni şəkildə artıraraq həyəcanlanmayın. Bəyənmədiyiniz insana və ya təqdir etmədiyiniz hadisəyə sərt reaksiya verməyin. Müsbət təmayüllərdən tam bəhrələnməyə can atın. Əks təqdirdə çeşidli imkanları əldən verəcək, uğur əldə etmək şanslarından yararlanmayacaqsınız.

Günün ikinci yarısında nəzərdə tutulmamış xərclər olacaq. Alış-verişdə diqqətli olun. Biznesə pul yatırmaq fikrinizi ertələyin. Sürəkli olaraq həyatlarından şikayətlənən bədbin insanlardan uzaq durun. Belə adamlardan sizə xeyir gəlməz.

Qız - əlverişli və yaxşı gündür. Müsbət təmayüllərin təsiri artır. Çətin məsələlərin öhdəsindən gələcəksiniz. Heç bir problem sizə həllolunmaz təsir bağışlamasın. İndiyədək dil tapmadığınız insanlarla münasibətlər rəvanlaşacaq. Uzun müddətdən bəri məhsuldar fəaliyyətə mane olan münaqişələri çözə bilərsiniz.

Peşəkar məziyyətlərinizi sezəcəklər.

Günün ikinci yarısında maraqlı işgüzar təklif ala bilərsiniz.

Yaxınlarınız bir çox ideyalarınızı dəstəkləməyə, məsləhət verməyə, yardım göstərməyə hazırdır. Axşam saatları romantik təmaslar üçün münasibdir.

Tərəzi - çətinliklər yox deyil. Amma müsbət təmayüllərin təsiri daha güclüdür. Gün prinsip etibarilə pis deyil. Məhsuldarlığınız yüksək olsun, fəal və enerjili çalışın. Planlaşdırdığınız işləri görüb başa vurun. Qəfil tapşırıq və sifarişi vaxtında yerinə yetirməyə çalışın.

Günün ikinci yarısında hisslərinizin fəaliyyətinizə maneələr yaratmasına imkan verməyin. Emosional gərginlikdən yayının. Rəğbət bəslədiyiniz insan bu gün sizinlə maraqlanacaq.

Axşam saatlarını ailənizə həsr edin.

Əqrəb - peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Adi günlərlə müqayisədə daha ağır və mürəkkəb işə başlasanız belə, onun öhdəsindən gələcəyinizə şübhə etməyin. İndiyədək sizinlə dəfələrlə çalışmış insanlardan dəstək alacaqsınız. Peşəkar məziyyətlərinizi nümayiş etdirin.

Yeni tərəfdaş və ya müttəfiq arayışları, danışıqlar üçün yaxşı gündür.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər yaranmamalıdır. Bir-birinizi anlamağa çalışın.

Sevdiyiniz insanı xoş sözlə, həssas rəftarla sevindirin.

Oxatan - gərgin və çətin gün olacaq. Mənfi təmayüllərin təsiri güclənir. Həyəcan, təlaş, güclü neqativ hisslər az deyil. Hisslərin təsiri altına düşərək düşünülməmiş addım atmayın, səhv etməyin. İstənilən situasiyada soyuqqanlı davranmaq bacarığını dəfələrlə nümayiş etdirmiş insanların məsləhətlərini dinləyin.

Günün ikinci yarısı uzaqdan gəlmiş insanlarla müzakirələr və diskussiyalar üçün əlverişli deyil. Qarşılıqlı anlaşmaya nail olmaq çətinləşəcək. Münaqişə riski artır.

Sevdiyiniz insanla münasibətlərdə soyuqluğun yaranmasına imkan verməyin.

Oğlaq - əvvəllər başladığınız işləri davam etdirmək və tamamlamaq üçün əlverişli zamandır. Yeni layihəni reallaşdırmağa, yeni işə başlamağa tələsməyin. Situasiya bunun üçün uyğun deyil. Tənbəllik etməyin, süst davranmayın, emosiyaların əsirinə çevrilməyin. Yaxınlarınızla yanaşı, özünüzə qarşı da tələbkar olsanız, ciddi uğurlara nail ola bilərsiniz.

Günün ikinci yarısı yeni tanışlıqlar üçün pis deyil. Lakin münasibətlərinizin istədiyiniz sürətlə inkişaf etməyəcəyinə hazır olun.

Axşam saatlarında yaşlı qohumlarla fikir ayrılığı yarana bilər. İxtilafa səbəb maliyyə məsələləri olacaq.

Dolça - söhbətlər və danışıqlar çox vaxt alır. Onların hamısı ilk baxışdan göründüyü təki faydasız deyil. Bir zamanlar əməkdaşlıq etdiyiniz insanla qəfil görüş ola bilər. Hal-əhvaldan sonrakı söhbətdə yeni layihənin konturlarının yaranması istisna deyil.

Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Alış-veriş uğurlu olacaq. Axşam saatlarında romantik təmaslar pis keçməyəcək. Fəqət gözlədiyiniz qədər pozitiv emosiyalar almayacaqsınız.

Balıqlar - önəmli gündür. Ətrafınızda yaşanan olayları diqqətlə müşahidə edin. Daha təcrübəli insanlardan nəyisə öyrənmək, faydalı təcrübəni əxz etmək imkanlarını əldən verməyin. İntuisiyanız kəskindir. Peşəkar fəaliyyət müstəvisi ilə bahəm şəxsi münasibətlərdəki problemləri sürətlə həll edə bilərsiniz.

Günün ikinci yarısında alacağınız məlumatların hamısı dəqiq və aydın deyil. Fəqət, informasiyaları yadda saxlayın - gərəyiniz olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Onların bəziləri sizi aldatmaq, yanlış məlumatlar vermək istəyirlər.

Axşam saatlarında istənilən fiziki işdən imtina edərək yaxşıca dincəlin.









Redaktorun seçimi