Magistraturaya sənəd verənlərin diqqətinə!

17 dəfə oxunub
Magistraturaya sənəd verənlərin diqqətinə!

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək bakalavrlara müraciət edib.

Faktor.az-ın Mərkəzə istinadən verdiyi xəbərə görə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar (68, 69 və 70 nömrəli qəbul proqramlarını seçənlər istisna olmaqla) "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.

DİM-dən onu da bildiriblər ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına  qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək.



Redaktorun seçimi