Sumqayıtda kütləvi tibbi müayinə aksiyasından 237 886 nəfər faydalanıb

28 dəfə oxunub
Sumqayıtda kütləvi tibbi müayinə aksiyasından 237 886 nəfər faydalanıb

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən Azərbaycanda əhalinin sağlamlığının qorunması məqsədilə keçirilən kütləvi tibbi müayinə aksiyasından Sumqayıt şəhəri üzrə 237 886 nəfər faydalanıb.

Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən ONA-nın yerli bürosuna bildirilib ki, fevralın 12-dən başlanan tibbi müayinəyə iki qəsəbə də daxil olmaqla, şəhərdə məskunlaşan məcburi köçkünlər də cəlb olunub.

Üç ay davam edən aksiya çərçivəsində əhali müayinədən keçərək öz sağlamlığı barədə məlumat alıb, ehtiyac duyulduqda lazımi müdaxilələr edilib. Belə ki, tibbi müayinədən keçən 16 979 pasiyentə ambulator müalicə təyin edilib, 1417 nəfər stasionar müalicəyə cəlb olunub, 15 xəstənin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 78 nəfər daha ətraflı müayinə və müalicə üçün Bakı şəhərinin ixtisaslaşmış tibb müəssisələrinə göndərilib.

Tibbi müayinələrin keçirildiyi günlərdə şəhərin 5 xəstəxanası və 4 poliklinikası gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.



Redaktorun seçimi