Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirləri beynəlxalq səviyyədə xüsusi mükafata layiq görülüb

44 dəfə oxunub
Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirləri beynəlxalq səviyyədə xüsusi mükafata layiq görülüb

Ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks təsirli tədbirlər beynəlxalq səviyyədə xüsusi mükafata layiq görülüb.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa regionunda sosial sahədə qabaqcıl təcrübələrin qiymətləndirilməsi üçün keçirdiyi ən “Yaxşı təcrübə” müsabiqəsində Azərbaycanın daha bir uğurlu iş təcrübəsi - ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirlər ən “Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nına əsasən ardıcıl işlərin aparıldığını bildirib.

O qeyd edib ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım qeydə alınıb. Həmçinin dövlət başçısının müvafiq Sərəncamı ilə minimal əmək haqqının artması, qeyri-leqal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusən özəl sektorda tətbiq olunan yeni vergi-sığorta güzəştləri, eləcə də təbliğat-marifləndirmə işləri əmək müqavilələrinin sayının bu ilin 4 ayında 80 mindən çox artmasına imkan verib.



Redaktorun seçimi