Bakıda silahlı insident, generalın qohumu tutuldu - FOTOLAR

1055 dəfə oxunub
Bakıda silahlı insident, generalın qohumu tutuldu - FOTOLAR
General Məhərrəm Əliyevin qohumu İsa Əzizov silahlı insidentə iştiraş edib.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Nərimnov rayonu ərazisində baş verib.

Polis bütün iştirakçıları saxlayıb.

Qeyd edək ki, Bir müddət əvvəl xəbər vermişdik ki, "8-ci km" bazarının sahibi Nadir Əzizovun oğlu İsa Əzizov Tiflis prospektində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsində satıcını döyüb. Həmin vaxt Əzizov 90-HN-999 dövlət nömrə nişanlı "Bentley" avtomobili ilə "zapravka"ya yaxınlaşıb və 100 manatlıq uzadaraq, qalıq pulun geri qaytarılmasını tələb edib. Bu zaman əməkdaş ondan gözləməyi xahiş edib. Amma bu, "Bentley" sərnişinlərinin xoşuna gəlmir və onlar həmin oğlanla mübahisə etməyə başlayırlar. Nə baş verdiyini aydınlaşdırmaq üçün maşına yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov gəlir və sərnişinlərə gözləməyi tövsiyə edir.  

Onun dostları ilə birgə Bakının karaoke-klubu "Famous"da qızları döyməsi hələ də səs-küyə səbəb olmaqdadır.

 

1
1
1



Redaktorun seçimi