Bu təxribatçıları Bakıya kim dəvət edib? - Nazirlikdən AÇIQLAMA

791 dəfə oxunub
Bu təxribatçıları Bakıya kim dəvət edib? - Nazirlikdən AÇIQLAMA

Dünəndən sosial şəbəkələrdə Bakının mərkəzindəki “Alov qüllələri”nin önündə əlində təxribatçı plakat tutmuş 2 idmançının şəkli müzakirə mövzusuna çevrilib. Güman olunur ki, plakatı əlində tutanlar gürcülərdir. Çünki plakatın üzərində “Keşikçidağ” məbədi ilə bağlı şüar yazılıb. İngiliscə yazılan şüarda “David Qareci Gürcüstanındır” sözləri qeyd olunub ki, bu da Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.


İddialara görə, plakatla şəkil çəkdirənlər idmançıdırlar və Gənclər və İdman Nazirliyinin xətti ilə ölkəmizə gəlibər


Faktor.az xəbər verir ki, modern.az saytı məsələni dəqiqləşdirmək üçün  Gənclər və İdman Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat katibi Samayə Məmmədova yayılan şəkillə bağlı açıqlama verib. Onun sözlərinə görə, yayılan fotodakı şəxslərin nazirliyə aidiyyatı yoxdur:
 

“Bildiyiniz kimi, Bakı tez-tez beynəlxalq oyunlara ev sahibliyi edir. Son dönəmlərdə istə bədii gimnastika, istərsə də cüdo üzrə çox mötəbər beynəlxalq tədbirlər Bakıda keçirilib. Yayılan foto ilə bağlı onu deyə bilərəm ki, nazirliyə aidiyyatı yoxdur.  Şəkildə görünən insanlar nazirliyin xətti ilə keçirilən idman yarışlarında ölkəmizə təşrif buyuran şəxslər deyillər”.
 

“Keşikçidağ” məbədi (gürcülər onu David Qareci kilsəsi adlandırılar)  Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. 

Məbədin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. “Keşikçidağ” məbədi qədim alban mənşəli olduğu halda gürcü mənbələri onun tarixən gürcü pravoslav kilsəsinə tabe olduğunu iddia edirlər.



Redaktorun seçimi