Məşhur şirkət Bakıda konfrans keçirəcək

Hit: 209
Məşhur şirkət Bakıda konfrans keçirəcək

Mayın 11-də Bakıda “İstedadların və mükafatlandırma sisteminin idarə edilməsi” adlı konfrans keçiriləcək.

Tədbir dünyada insan resurları üzrə konsultasiya şirkətlərinin reytinq cədvəlində birinci yerdə duran “Mercer” şirkəti və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə əməkdaşlığı çərçivəsində baş tutacaq.

“Baku Boulvard Hotel”də keçiriləcək konfransda dünyanın, eləcə də Azərbaycanın tanınmış özəl və dövlət sektorundakı insan resursları rəhbərləri, həmçinin dövlət rəsmiləri iştirak edəcək.

Konfrans “Mercer” şirkətinin təcrübəsinin və qlobal əmək bazarındakı tendensiyaların öyrənilməsinə, yeni çağırışların səsləndirilməsinə, həmçinin Azərbaycanda insan resurslarının idarə edilməsi sahəsinin daha da inkişafına yönəlmiş yeni bir səhifə açacaq.









Redaktorun seçimi