Məhəmməd Füzuli və Şəmsi Bədəlbəyli küçələrində rənglənmə işləri aparılacaq

Hit: 496
Məhəmməd Füzuli və Şəmsi Bədəlbəyli küçələrində rənglənmə işləri aparılacaq

Bakı şəhəri, Məhəmməd Füzuli və Şəmsi Bədəlbəyli küçələrində saat 22:00-dan səhər saatlarına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.









Redaktorun seçimi