Nazirlik 7 yaşlı qızın öldüyü hadisə barədə məlumat yaydı

Hit: 247
Nazirlik 7 yaşlı qızın öldüyü hadisə barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Yevlaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Faktor.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 25-də saat 7 radələrində Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində şəhər sakini A.Qasımov idarə etdiyi “PAZ-3205” markalı avtobusla yolu keçən kənd sakini, 7 yaşlı Ləman Əsgərovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.









Redaktorun seçimi