Şəhidlərimizlə bağlı MARAQLI TƏKLİF

Hit: 307
Şəhidlərimizlə bağlı MARAQLI TƏKLİF

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli şəhidlərimizlə bağlı maraqlı təkliflə çıxış edib.

Faktor.az xəbər verir ki, Publika.az-a danışan şərqşünas bunları deyib: "Hökumətimizə təklif edirəm ki, böyük körpülərə, keçidlərə şəhidlərimizin adı verilsin. Hesab edirəm ki, bu addım həm şəhidlərimizin adını yaşadacaq, eyni zamanda milli vətənpərvərlik duyğularının daha da möhkəmlənməsində müstəsna rol oynayacaq. Bununla şəhidlərimizin hər kəs tərəfindən tanınmasına şərait yaratmış olacağıq ki, bu da gənclərə vətənpərvərlik ruhunun aşılanmsında müsbət təsir göstərəcək".

Bunun son dərəcə gərəkli olduğunu deyən C.Əzimbəyli təklifinin müsbət qarşılanacağına ümid etdiyini bildirib.









Redaktorun seçimi