Qabiliyyət imtahanının şərtləri dəyişdirildi

Hit: 709
Qabiliyyət imtahanının şərtləri dəyişdirildi

Əvvəllər dövlət və ödənişli sifarişli yerlərdə müsabiqə şərtləri fərqlənirdi. Bu il isə hər ikisində şərtlər eynidir. 

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Ali təhsil üzrə Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev “Xüsusi qabiliyyət imtahanları” jurnalının təqdimatda bildirib. 

Onun sözlərinə görə, 2019/2020-ci tədris ilində qəbul modelində edilən dəyişiklik qabiliyyət imtahanlarında da öz əksini tapıb:

“Bu il keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib. Dəyişikliyə əsasən, V qrupun ixtisasları üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılacaq.

Əvvəllər dövlət və ödənişli sifarişli yerlərdə müsabiqə şərtləri fərqlənirdi. Bu il isə hər ikisində eyni şərtlərdir, hamısı üçün 60 və daha çox bal yığmaq tələb olunur”. 

Şöbə müdiri qeyd edib ki, dizayn ixtisası “Təsviri sənət” istiqamətinə daxil edilib:

“Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst imkan verilib. Abituriyentlər birinci rəsm imtahanında iştirak etməlidirlər. Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncədə keçiriləcək”.









Redaktorun seçimi