DNT analizinin aparılması qaydası müəyyənləşdi

Hit: 319
DNT analizinin aparılması qaydası müəyyənləşdi

“Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası” təsdiq edilib.

Bu barədə müvafiq qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Təsdiq edilən qayda “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna uyğun şəkildə hazırlanıb. 

Qərara əsasən, ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərdən, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərdən, xəbərsiz itkin düşmüşlərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ərdən (arvaddan) və könüllü dövlət genom qeydiyyatından keçirilir.

Naməlum meyitlər də məcburi dövlət genom qeydiyyatından keçirilməlidirlər.

Həmçinin, dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji material qismində şəxslərdən  ağız boşluğunun yanaq nahiyəsinin selikli qişasından qaşıntı üsulu ilə əldə olunan epitel hüceyrələri nümunəsi (yanaq epiteli qaşıntısı) götürülür.

Bioloji material birdəfəlik istifadəyə yararlı, plastik futlyarda qablaşdırılan və bu məqsədlə istehsal edilmiş xüsusi, steril pambıq tampon vasitəsilə hər bir şəxsdən iki ədəd olmaqla götürülür.

Qəbul olunmuş qərar haqqında daha geniş məlumatı buradan əldə edə bilərsiniz.









Redaktorun seçimi