Mingəçevirli gənc ABŞ-dan 74 min dollarlıq təqaüd qazandı

Hit: 7161
Mingəçevirli gənc ABŞ-dan 74 min dollarlıq təqaüd qazandı

Uğurları ilə diqqət mərkəzinə düşən 19 yaşlı mingəçevirli istedad təhsilini böyük ehtimalla ABŞ-da davam etdirəcək.

Faktor.az ONA-ya istinad'n x'b'r verir ki, Mingəçevir bürosunun məlumatına görə, Cavid Əlizadə bildirib ki, qazandığı nailiyyət dünyanın əksər nüfuzlu təhsil ocaqlarının qapılarını üzünə taybatay açıb.

Cavid ABŞ, İngiltərə, Avstraliya, Kanada və digər ölkələrdə sərfəli şərtlərlə təhsil almaq şansı qazanıb: “Açığı, seçim etmək üçün bütün şərtləri nəzərdən keçirirəm. Təkcə ala biləcəyim təqaüdün məbləği önəmli deyil. Bu mənada təklif aldığım hər bir təhsil müəssisəsi seçilməyə layiqdir. Amma etiraf edim ki, hazırda daha çox İngiltərə və ABŞ universitetləri üzərində dayanmışam. Böyük ehtimalla ABŞ-a üstünlük verəcəyəm. Təkcə ona görə yox ki, ən yüksək təqaüdü - 74 min ABŞ dollarını məhz onlar təklif edir. Həm də ona görə ki, ABŞ-da ixtisas seçimi tələb olunmur. Tələbənin hərtərəfli yetişməsi üçün  ən ideal təhsil şəraiti yaradılır”.









Redaktorun seçimi