Müdafiə Nazirliyindən qar uçqununda həlak olan hərbçilərlə bağlı - MƏLUMAT

Hit: 297
Müdafiə Nazirliyindən qar uçqununda həlak olan hərbçilərlə bağlı - MƏLUMAT

Müdafiə Nazirliyi qar uçqununda həlak olan hərbçilərlə bağlı məlumat yayıb.

Nazirlikdən Faktor.az-a verilən məlumata görə, mart ayının əvvəlində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!









Redaktorun seçimi