Naxçıvanda YENİ TƏYİNAT - FOTOLAR

151 dəfə oxunub
Naxçıvanda YENİ TƏYİNAT - FOTOLAR
Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseyə yeni rəis təyinatı olub.

Faktor.az-ın Report-a istiadən verdiyi məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. 

Sərəncama əsasən, bu vəzifəyə polkovnik Məhəmməd Həsənov gətirilib. Heydər Əliyev adına Hərbi Liseyin bayrağı sıra meydanına gətirilərək ona təhvil verilib. Sonda hərbi liseyin marşı oxunub, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. 

Qeyd edək ki, bu təyinatadək Heydər Əliyev adına Hərbi Liseyin rəisi general-mayor Elman Orucov olub. Onun daha yuxarı vəzifəyə təyin olunması ilə əlaqədar bu postdan azad edildiyi bildirilib.

1
1



Redaktorun seçimi