Azərbaycanda gənclər zibilləri belə təmizlədilər - FOTOLAR

Hit: 804
Azərbaycanda gənclər zibilləri belə təmizlədilər - FOTOLAR

Xarici ölkələrdə yaranan, son günlərdə Azərbaycanda da dəstəklənən #trashtag trendinə qoşulanların sayı artıb.

Faktor.az xəbər verir ki, dünən “Yaşıl Elm” səhifəsinin təşkilatçılığı ilə “Yaşıl Ekologiya” tədbiri keçirilib.

Əməkdaşımızın da daxil olduğu bir qrup gənc, Gəncə prospekti 105 ünvanındakı ərazini zibillərdən təmizləyib.

Təmizlik sonrası ərazinin yaşıllığı göz oxşayıb.

Qeyd edək ki, yeni trendə qoşulanlar durmadan artmaqdadır. Pərvin Cəfərzadə adlı gənc Lənkəranda bir ərazini tək başına təmizləyib.

Başqa bir qrup Keşlədəki bir ərazini zibillərdən azad edib.

Sabunçu rayon Gənclər evi də yeni trendə qoşulanlar arasındadır.

Xatırladaq ki, yeni trend çirklənmiş bir ərazini təmizləyib, sosial şəbəkələrdə “əvvəl” və “sonra” şəkillərini #trashtag həştəqi ilə paylaşmaqdan ibarətdir.

 

 

Cəmilə Məmmədli

 









Redaktorun seçimi