Güclü külək Tərtərdə yüz yaşlı çinar ağacını aşırdı

Hit: 154
Güclü külək Tərtərdə yüz yaşlı çinar ağacını aşırdı

Tərtərdə külək 100 ilə yaxın yaşı olan ağacın bir hissəsini aşırıb. Yola düşən ağac sakinlərin gediş-gelişinə mane olur. Mingəçevirdə isə irigövdəli ağac beşmərtəbəli binanın üzərinə aşıb.

Faktor.az xezerxeber.az-a istinadən bildirir ki, bir əsrə yaxın yaşı olan ağac qırılaraq yolu bağlayıb.

Hadisə Tərtərin Poladlı kəndində baş verib. Kənd sakini Asif Abbasovun həyətində olan irigövdəli ağacın bir hissəsi güclü küləyin təsiri ilə qırılaraq kənd yoluna aşıb. Ağac sakinlərin gediş-gəlişinə mane olur. Aşan ağac elektrik xətlərinə və qaz borusuna da ziyan vurub. Kəndə elektrik enerjisinin verlişində bir neçə saat fasilə də yaranıb.

Sakinlərin sözlərinə görə, hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat versələr də, ağacın sınan hissəsi ərazidən götürülməyib.

Məsələ ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətindən bildirilib ki, problem qısa zamanda aradan qaldırılacaq.

Mingəçevirdə isə irigövdəli ağac beşmərtəbəli binanın üzərinə aşıb. Hadisə ötən gecə Məhəmməd Füzuli küçəsində baş verib. Hadisə zamanı xəsarət alan olmasa da, binanın ikinci mərtəbəsinin eyvanı zədələnib.

Aşan ağac bu gün səhər saatlarında aidiyyəti qurumların əməkdaşları tərəfindən doğranaraq ərazidən götürülüb.









Redaktorun seçimi