Gələn aydan ailələrə uşaqpulu verilir? - Rəsmi cavab

Hit: 2125
Gələn aydan ailələrə uşaqpulu verilir? - Rəsmi cavab

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaqpulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlar həqiqəti əks etdirmir.

"Bugünlərdə sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan, guya gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə yalan məlumat yayımlanıb. Bu məlumata heç bir halda inanmayın!"

Qeyd edək ki, iqtisadçı Vüqar Bayramov 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat uşaqpulu təklifi ilə çıxış etmişdi. Görünür, bu təkliflər yanlış xəbərin yayılmasına səbəb olub.









Redaktorun seçimi