Bu dəfə Zabitlər parkında bayram şənliyi keçirildi

Hit: 172
Bu dəfə Zabitlər parkında bayram şənliyi keçirildi

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə Zabitlər parkında növbəti bayram şənliyi keçirilib.

Bayram şənliyində tanınmış incəsənət ustaları çıxış etdilər,rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər. Kosa, Keçəl, Bahar qız və Dədə Qorqud tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

 

 








Redaktorun seçimi