Bu il üçün balıq ovunun kvotası müəyyənləşdi

Hit: 211
Bu il üçün balıq ovunun kvotası müəyyənləşdi
Azərbaycanda 2019-cu il üçün balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota) müəyyənləşib.
 
Bu barədə müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
 
Qərara əsasən, balıqçılıq   su   obyektlərində   balıq    və    digər  su   bioresurslarının  ovunun  ümumi  yol verilən miqdarının (kvotanın) bölgüsü aşağıdakılardan ibarətdir:

- Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar – 2327,6 ton;
- başqa  balıqçılıq  su  obyektlərində  balıq  və  digər  su  bioresurslarının  sənaye  ovu  üçün kvotalar -141,2 ton;
-  elmi  tədqiqat  və  nəzarət  məqsədi  ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 11,4 ton;
-  təhsil  və  maarifləndirmə  məqsədi  ilə  balıq  və digər su bioresurslarının ovu üçün kvotalar - 10,4 ton;
- akvakultura məqsədi ilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar - 27,276  ton.

Balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar bu əlavə ilə müəyyən edilmiş ümumi ov həcminə daxil edilib.

 









Redaktorun seçimi