Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib

Hit: 591
Azərbaycançılıq məfkurəsi ilə bağlı “dəyirmi masa” keçirilib

 Milli Hüquq Evində  “Azərbaycançılıq məfkurəsi- Qarabağın nicatı” mövzusunda  dəyirmi masa keçirilib. Tədbir Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan nümayəndəliyi və Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının  birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbir dövlət himninin səsləndirilməsiylə başlayıb.

Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan üzrə rəhbəri Nicat Gözəlov  azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsi barədə fikirlərini qeyd edib. Daha sonra o, milli şüurun, milli təfəkkürün inkişafı ilə bağlı fikirlərini bölüşüb. Nicat Gözəlov, bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində cəmiyyətin hər bir üzvünün üzərinə çox mühüm vəzifələr düşdüyünü vurğulayıb.

Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının  sədri  Limunət Əmrahlı, bu gün hər bir azərbaycanlı üçün ən önəmlisi, ən vacib olanı Qarabağı, erməni işğalında olan torpaqları azad etmək olduğunu qeyd edib.

Dəyirmi masada erməni vandalizmini araşdıran tarixçi alim Xaqani İsmayıl, Məzahir Məmmədli, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent  Mübariz Əhmədov, digər ictimaiyyət nümayəndələri və gənclər iştirak edirdilər.

Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

 

Səid Əhmədli

 









Redaktorun seçimi