Paytaxt yollarında son durum açıqlandı

Hit: 182
Paytaxt yollarında son durum açıqlandı

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı sürücülər ehtiyatlı davranaraq özləris ürət həddini endirir. Bu da müəyyən ərazilərdə sıxlığa səbəb ola bilir.

Bu sözləri açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hava şəraiti ilə əlaqədar hələ ki, yol nəqliyyat hadisəsi baş verməyib: “Ümumilikdə yollarda müşahidə edilən sıxlıq adi günlərdən çox da fərqlənmir”.

M.Ağayev bildirib ki, dünəndən hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edildiyindən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“Hazırda da nəqliyyat vasitələri bu yollarda daha aşağı sürətlə hərəkət edir”.(publika)









Redaktorun seçimi