Yerli icmaların imkanlarının artırılması təşəbbüsləri dəstəklənir

Hit: 376
Yerli icmaların imkanlarının artırılması təşəbbüsləri dəstəklənir

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) PH Internationlın təşkilatçılığı ilə 18 fevral 2019-cu il tarixində Bakı şəhərində "Yerli İcmaların İmkanlarının Artırılması Təşəbbüsləri" adlı layihəçərçivəsində müxtəlif sosial qrupların təmsilçiləri üçünnövbəti təlimi təşkil edib. Bundan əvvəl keçirilən təlimlərdə olduğu kimi layihənin təsir dairəsini genişləndirmək məqsədi ilə müxtəlif qrupların təmsilçiləri, o cümlədəntəhsil sektorunda çalışanlar, gənc aktivistlər, media və vətəndaş cəmiyyəti nümayəndələri iştirakı təmin edilib.

Təlim PH İnternational təşkilatının radikal ekstremizmlə mübarizədə müasir yanaşma üzrə təlimlərininin iştirakçıları olmuş İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşları Əhməd Əlili və Rəşad Həsənov tərəfindən keçirilib.5-ci təlim “Radikallaşmaya aparan yollar” tezisi altında keçirilib və bu istiqamətdə müxtəlif modellər iştirakçıların diqqətinə çatdırılıb. Bu zaman piramida və nərdivan modelləri xüsusi ilə diqqəti cəlb edib. Əhməd Əlili bildirib ki, hər iki modeldəçatışmazlıqlarının olmasına baxmayaraq radikalizm və terrorizmlə mübarizənin daha effektiv təşkil edilməsi üçün struktur təhlili imkanı yaratması, prosesin fərqli mərhələlərinin xarakteristikasını müəyyən etməsi onların praktiki tətbiq imkanlarını genişləndirir. Bununla yanaşı bu istiqamətdə mübarizə siyasətini həyata keçirən bütün qrumlar və steykholderlər bu modellərdən istifadə etməklə yol xəritəsi hazırlaya və problemi kökundən həll etmək üçün müxtəlif istiqamətli fəaliyyətləri paralel olaraq həyata keçirə bilərlər.

Qrup işi ilə davam etdirilən təlim, daha sonra müzakirələrlə davam etdirilib. Qeyd edək ki, tədbirə cəlb edilmiş iştirakçıların aktivliyi diskusiya imkanlarını artırıb ki, bu da təlimçilər üçün mövzunu daha geniş formada izah etmək üçün əlverişli imkanlar yaradıb.

Xatırladaq ki, müvafiq layihə üzrə təlimlər təkcə paytaxt Bakıda deyil, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonlarında paralel olaraq təşkil edilir.









Redaktorun seçimi