Gürcü nazir təyyarədə iranlı qadının həyatını xilas etdi

Hit: 183
Gürcü nazir təyyarədə iranlı qadının həyatını xilas etdi

Gürcüstanın səhiyyə naziri David Sergeyenko təyyarədə İran vətəndaşının həyatını xilas edib.

Gürcüstan KİV-si xəbər verir ki, bir neçə həftə əvvəl Cenevrə-İstanbul reysini yerinə yetirən laynerin bortunda iranlı qadının halı kəskin pisləşib. Sergeyenko sərnişinin köməyinə çataraq təyyarə enənədək ona şəxsən nəzarət edib. Daha sonra iranlı qadın gürcü nazirə təşəkkür məktubu belə ünvanlayıb. 

 

Qeyd edək ki, bu, David Sergeyenkonun ilk yardım hadisəsi deyil. 2013-cü ildə nazir Tbilisinin Moskva prospektində avtomobil vuran piyadanın köməyinə çatmış, təcili yardımın gəlməsini gözləmədən məşhur brenddən olan qalstuku ilə onun ayağını bağlamışdı. Sergeyenkonun məhz bu addımı sayəsində Denis Əhmədov adlı piyadanın əməliyyat olunmasına ehtiyac qalmamışdı.









Redaktorun seçimi