Neapol və Səməd bəy Mehmandarov küçələri yenidən qurulur - VİDEO - FOTOLAR

Hit: 374
Neapol və Səməd bəy Mehmandarov küçələri yenidən qurulur - VİDEO - FOTOLAR
Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərində təmir-tikinti işləri davam etdirilir.
 
 
 
Bu çərçivədə Xətai rayonu Məhəmməd Hadi küçəsindən sonra Neapol və Səməd bəy Mehmandarov küçələrində də yenidənqurma işlərinə start verilib.
 
 
 
Küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki küçələr boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
 
 
 
Sadalanan problemlərin aradan qaldırlması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 800 m, eni isə 24 metr olan Neapol küçəsində aparılan yenidənqurma və bərpa işləri uğurla davam etdirilir. Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.
 
 
 
Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də yenidən bərpa olunur, zəruri olan yerlərdə yeni sistem qurulur. Bundan başqa küçə boyu piyadaların rahat gediş-gəlişi üçün mövcud piyada səkiləri yenidən qurulur.
 
 
 
Artıq yolun asfaltlanması işlərinə də başlanılıb ki, bu çərçivədə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtyü döşənir. Asfaltlanma işləri ümumilikdə 25 min kv.m sahəni əhatə edəcək.
 
 
 
AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi-“Neapol küçəsi boyu istiqaməti ayırmaq məqsədi ilə 1metr enində ayrıcı zolaq inşa olunub, kənarlarına səki daşları, üzərinə isə tamet daşları düzülüb. Ayrıcı zolaq boyu yolun işıqladırılması üçün yeni işıq dirəkləri quraşdırılacaq. Təmir-bərpa işləri Neapol küçəsinin 14 metr enə malik köməkçi yollarını da əhatə edir. Anoloji işlər Səməd bəy Mehmandarov küçəsində də aparılır. Küçənin uzunluğu 3.2 km metr, eni isə 20 metr təşkil edir. "-deyə bildirib.
 
Səməd bəy Mehmandarov küçəsində də köhnə asfat beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılacaq, bunun əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılacaq. Növbəti mərhələdə isə yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
 
 
 
Onu da qeyd edək ki, yolda istiqamətləri ayırmaq məqsədi ilə eni 1 metr olan ayrıcı zolaq inşa olunur, kənarlarına isə səki daşları düzülür. Daha sonra sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaq üçün ayrıcı zolaq boyu yeni işıqlandırma sistemi qurulacaq.
 
 
 
Piyadaların rahat gediş-gəlişi üçün küçə boyu şərait yaradılır. Belə ki, yeni piyada səkiləri inşa edilir, mövcud səkilər isə bərpa edilir.
 
 
 
İşlərin sonuncu mərhələsində küçələr boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfiqi nişanlanma xətləri çəkiləcək.
 
 
 
Bütün işlər mövcud tikinti norma və qaydalarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi